Afrika Millətlər Kuboku 2025-in ətrafında baş verən qalmaqallar bitmək bilmir. Turnirin qalibi elan edilən Mərakeş millisinin kapitanı Əşrəf Hakimi, Konfederasiyanın qərarına qarşı çıxaraq çempionluqdan imtina etdiyini açıqlayıb.
Akelicious nəşrinə danışan ulduz futbolçu, rəsmən kuboku qəbul etmədiyini və komanda yoldaşlarını da eyni addımı atmağa çağırdığını bildirib. Hakimi qeyd edib ki, CAF-ın (Afrika Futbol Konfederasiyası) qərarına hörmətlə yanaşsa da, meydandakı real nəticəni əsas tutur: “Anam mənə bu kuboku qəbul etməməyimi dedi. Bizim qazanmaq şansımız var idi, lakin biz bu şansı əldən verdik. Futbol budur: bəzən qazanarsan, bəzən uduzarsan. Mən bu qələbədən rəsmən imtina edirəm. Hesab edirəm ki, turnirin əsl qalibi Seneqaldır “.
Hakiminin bu addımı idman dünyasında böyük rəğbətlə qarşılanıb. Kapitanın “kağız üzərindəki” qələbəni deyil, meydandakı mübarizəni üstün tutması futbol tarixinə keçəcək nadir fair-play nümunələrindən biri hesab olunur.