Erik Qarsiyadan sərt ittiham: “Hakimlər istəsələr, hər qolumuzu ləğv edərlər”

20.02.26 | 12:02
Dünya futbolu

İspaniyada hakim qərarları ilə bağlı mübahisələr həmişə olduğu kimi aktual olaraq qalır. “Barselona”nın liderlərindən biri Erik Qarsiya, mövsümün sonunda kataloniyalılara baha başa gələ biləcək hakim idarəçiliyi barədə yenidən sərt danışıb.

“Mundo Deportivo”nun yaydığı məlumata görə, Qarsiya mövcud vəziyyəti belə şərh edib: “Futbolçuların nəzarətində olmayan vəziyyətlər var. Hazırda bizə elə gəlir ki, hakimlər istənilən qolumuzu ləğv edə bilərlər. Əgər ləğv etmək istəsələr, bunu edəcəklər. Bu oyunlar hamımızı məyus etdi, indi toparlanmaq və hər şeyə yenidən başlamaq vaxtıdır. Bilirik ki, bənzər qərarlar gələcəkdə bizim xeyrimizə də verilə bilər, lakin biz diqqətimizi oyuna cəmləməliyik. “Atletiko” ilə matçda ikinci hissənin ilk beş dəqiqəsində çox yaxşı şanslar yaxaladıq. Qol vurduq, lakin ofsayd səbəbindən qolun ləğv edilməsi düz yeddi dəqiqə çəkdi. Hesab edirəm ki, bu, tam bir dəlilikdir”.

Xatırladaq ki, İspaniya kubokunun ilk yarımfinal görüşündə “Barselona” “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub. Həmin qarşılaşmada Erik Qarsiya həm də meydandan qovulub. Flikin yetirmələri bu ağır məğlubiyyətin əvəzini çıxmaq üçün martın 3-də “Kamp Nou”da baş tutacaq cavab oyununda möcüzəyə imza atmağa çalışacaqlar.

Paylaş:

Xəbər Lenti

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39