Türkiyə Superkubokunun yarımfinalında “Qaziantep” stadionunda “Trabzonspor”la qarşılaşan “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edərək finala yüksələn ilk komanda oldu.
Matçın ən diqqətçəkən məqamı isə Eren Elmalın mərc oyunlarına görə aldığı 45 günlük cəzadan sonra meydana dönüşü oldu. İlk oyununda qol vuran milli futbolçu qarşılaşmadan sonra duyğularını belə ifadə edib:”Çox çətin bir dövrdən keçdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Qol vurduqdan sonra birbaşa məşqçimə tərəf qaçmaq istədim, çünki o, hər zaman yanımda oldu. Çox emosional bir gün idi, qol sevincindən sonra göz yaşlarımı saxlaya bilmədim. Nələr yaşadığımı bir mən bilirəm, həqiqətən ağır anlar idi.”
Yenidən komandaya döndüyü üçün böyük xoşbəxtlik yaşadığını bildirən Elmalı, ona inananları məyus etməyəcəyini vurğulayıb.