Mahir Əmrəli 2-ci bundesliqanın ilk turunda “Kayzerslautern”in heyətində debüt edib. “Hannover 96”ya qarşı oyunda start heyətdə çıxan Əmrəli 67-ci dəqiqəyə qədər meydanda olub. Əmrəlinin meydandan çıxmasından 6 dəqiqə sonra komandası qol buraxaraq minimal hesabla məğlub olub.
“Hannover”in böyük üstünlüyü ilə keçən oyunda Əmrəli komanda yoldaşları kimi heç nə ilə yadda qalmayıb.