FIFA referisi Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsinə təyinat alıb. 38 yaşlı hakim Xorvatiya ilə Farer adaları arasında noyabrın 14-də Riyeka şəhərində keçiriləcək oyunu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.