Dünya Çempionatı 2026-nın talismanları təsdiqlənib.

25.09.25 | 22:41
Dünya futbolu

FİFA 2026-cı il futbol üzrə Dünya Çempionatının talismanlarını təsdiqləyib.

Mundialın talismanları ABŞ-ı təmsil edən ağbaş qartal, Meksikanı təmsil edən yaquаr və Kanadanı təmsil edən sığın olub.

Hər bir talisman FİFA tərəfindən hazırlanmış ayrıca süjetə sahibdir, həmçinin futbol meydanındakı mövqeyi və öncədən qurulmuş hekayəsi var.

ABŞ-ı təmsil edən qartal Klatç komandanın mavi səfər formasında təqdim olunub. 2024-cü ildə sabiq prezident Co Bayden imzaladığı qanunla ağbaş qartalı ölkənin rəsmi milli quşu elan edib.

Kanadanı təmsil edən sığın Meypl ölkənin qırmızı ev formasında çıxış edir. O, həmçinin Kanadanın milli simvolu olan ağcaqayın yarpağından ilhamlanıb.

Meksikanı təmsil edən yaquаr Zayu isə yaşıl ev formasındadır. Meksikanın qədim sivilizasiyaları, o cümlədən mayyalılar – yaquara böyük önəm verərək onu yeraltı dünyası ilə əlaqələndirir, güc və cəsarətin simvolu hesab edirdilər.

Xatırladaq ki, Dünya Çempionatının final mərhələsi 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11