“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma FİFA-nın versiyasına görə ötən mövsümün ən yaxşı qapıçısı seçilib. O, ən yaxşı qolkiperə verilən “The Best” mükafatına layiq görülüb. Ötən il İtaliya millisinin qapıçısı “PSJ”-nin heyətində Çempionlar Liqasını, Fransa çempionatını, ölkə kubokunu və Superkubokunu qazanıb. “The Best” mükafatının qalibləri seçilərkən 2024-cü il avqustun 11-dən 2025-ci il avqustun 2-nə qədər olan dövrdəki çıxışlar nəzərə alınır. Qalib milli komandaların kapitanları və məşqçiləri, azarkeşlər və media nümayəndələri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir.