Diplomsuz məşqçinin “Monako”ya baha başa gələn “macərası”

10.02.26 | 23:35
Dünya futbolu

“Monako” klubunun baş məşqçisi Sebastyan Pokonyoli zəruri məşqçilik lisenziyasına sahib olmadığı üçün klub hər matça görə 25 min avro məbləğində cərimə ödəyir. Proqnozlara görə, mövsümün sonuna qədər bu rəqəm ümumilikdə 750 min avroya çata bilər.

Fransanın nüfuzlu “L’Equipe” nəşrinin məlumatına görə, oktyabrın 11-də Adi Hütteri əvəz edən 38 yaşlı belçikalı mütəxəssisin Liqa 1-də çalışmaq üçün tələb olunan peşəkar futbol məşqçisi diplomu (BEPF) və ya ona ekvivalent olan lisenziyası yoxdur.

Artıq klub Pokonyolinin rəhbərliyi altında keçirilən 17 oyuna görə (14 liqa və 3 kubok matçı) ümumi hesabla 425 min avro cərimə ödəyib. Maraqlıdır ki, bu çatışmazlıq UEFA Çempionlar Liqası matçlarına şamil edilmir və klub beynəlxalq səviyyədə hər hansı sanksiya ilə üzləşməyib.

Klub rəhbərliyi maliyyə itkilərinin qarşısını almaq üçün maraqlı bir manevrə əl atıb. Belə ki, rəsmi protokollarda baş məşqçi kimi Pokonyolinin köməkçisi Damien Perrenellin adı qeyd olunub. Lakin Perrenellin özü də hazırda diplom alma prosesində olduğu üçün bu cəhd nəticə verməyib və Fransa Futbol Federasiyası cərimələri tətbiq etməyə davam edib.

Hazırda “Monako”nun mövsüm boyu sərgilədiyi performans birmənalı qarşılanmır. Komanda Liqa 1-də keçirdiyi 21 oyundan sonra topladığı 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb (8 qələbə, 4 heç-heçə, 9 məğlubiyyət). Çempionlar Liqasında isə vəziyyət daha ümidvericidir; ümumi cədvəldə 21-ci yeri tutan kollektiv pley-off mərhələsinə vəsiqə qazanıb və burada PSJ ilə qarşılaşacaq. Fransa Kubokunda isə “Monako” artıq mübarizəni dayandırıb.v

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58