Heyətində millimizin sabiq oyunçusu Rüfət Dadaşovun yer aldığı Berlin “Dinamo”su qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Berlin təmsilçisi “Klosterfeld”lə qarşılaşıb və 4:2 hesablı inamlı qələbə qazanıb. 33 yaşlı hücumçu Rüfət Dadaşov komandasının ikinci qoluna imza ataraq qələbədə pay sahibi olub.
Xatırladaq ki, “Dinamo”nun mübarizə apardığı Şimal-Şərq Regional Liqasında mövsümün ikinci yarısı yanvarın 30-da, 20-ci turun oyunları ilə start götürəcək. Dadaşovun komandası həmin turda “Proyssen” ilə üz-üzə gələcək. Hazırda Berlin klubu 17 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.