Birinci Liqada mübarizə aparan “Difai” hücum xəttini yeni oyunçu ilə gücləndirib. Paytaxt təmsilçisi karyerası ərzində Fransanın “İstr” və Moldovanın “Dinamo-Avto” klublarında oynamış 22 yaşlı qabonlu forvard Ondo Uorren-Lloydla anlaşıb.
Gənc hücumçu Azərbaycan futboluna yad deyil. Beləki o, daha əvvəl “Zaqatala” formasını geyinib. Turnir cədvəlində 9 xalla 9-cu sırada qərarlaşan “Difai” bu transferlə hücum potensialını artırmaq niyyətindədir.