Bir müddətdir adı Azərbaycan milli komandası ilə hallanan İngiltərənin “Sanderlend” klubunun müdafiəçisi Dennis Çirkinin beynəlxalq karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoyulub. 23 yaşlı futbolçu seçimini edərək Latviya yığmasında çıxış etməyə qərar verib.
Latviya Futbol Federasiyası artıq futbolçunun qarşıdakı təlim-məşq toplanışına dəvət olunan oyunçuların siyahısına daxil edildiyini rəsmən açıqlayıb.
Xatırladaq ki, türk kökləri də olan Çirkinin Azərbaycan millisinə cəlb edilməsi və naturalizasiyası məsələsi ölkə mətbuatında geniş müzakirə olunurdu. “Tottenhem”in yetirməsi olan müdafiəçi vaxtilə İngiltərənin müxtəlif yaş qrupları üzrə (U-17, U-18, U-19 və U-21) yığmalarının şərəfini qoruyub. Lakin o, əsas milli səviyyəsində üstünlüyü Latviyaya verməyi üstün tutub.Bu keçid “Sanderlend”in əsas heyət üzvlərindən olan gənc müdafiəçi üçün beynəlxalq arenada yeni səhifə mənasına gəlir.