Dennis Çirkin seçimini etdi: Azərbaycan yox, Latviya

20.03.26 | 18:22
Dünya futbolu

Bir müddətdir adı Azərbaycan milli komandası ilə hallanan İngiltərənin “Sanderlend” klubunun müdafiəçisi Dennis Çirkinin beynəlxalq karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoyulub. 23 yaşlı futbolçu seçimini edərək Latviya yığmasında çıxış etməyə qərar verib.

Latviya Futbol Federasiyası artıq futbolçunun qarşıdakı təlim-məşq toplanışına dəvət olunan oyunçuların siyahısına daxil edildiyini rəsmən açıqlayıb.

Xatırladaq ki, türk kökləri də olan Çirkinin Azərbaycan millisinə cəlb edilməsi və naturalizasiyası məsələsi ölkə mətbuatında geniş müzakirə olunurdu. “Tottenhem”in yetirməsi olan müdafiəçi vaxtilə İngiltərənin müxtəlif yaş qrupları üzrə (U-17, U-18, U-19 və U-21) yığmalarının şərəfini qoruyub. Lakin o, əsas milli səviyyəsində üstünlüyü Latviyaya verməyi üstün tutub.Bu keçid “Sanderlend”in əsas heyət üzvlərindən olan gənc müdafiəçi üçün beynəlxalq arenada yeni səhifə mənasına gəlir.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45