Dünən DÇ-nin Avropa zonasında daha 8 oyun keçirildi. Niderland yığması evdə Finlandiyanı böyük hesabla yendi. Günün sensasiyası isə Farer adalarında baş verdi. Ardıcıl ikinci qələbəsini qazanan farerlilər sensasiya etməklə yanaşı Dünya Çempionatına çıxmaq şansını da saxladı. Rumınlar turnir baxımından prinsipial əhəmiyyət kəsb edən oyunda Avstriyanı məğlub edə bildi. Mirça Luçeskunun komandası qələbə topunu sonuncu dəqiqədə vura bildi. Həlledici qola “Alanyaspor”un yarımmüdafiəçisi, əfsanəvi Georgi Hacının oğulu Yanisin ötürməsindən sonra Qiçe imza atdı.
C qrupu
Şotlandiya – Belarus 2:1
Ç. Adams, 15. S. Maktominey, 84 – Q. Kuçko, 90+6
Danimarka – Yunanıstan 3:1
Hoylund, 40. Y. Andersen, 41. M. Damsqard, 41 – X. Çolis, 63.

G qrupu
Hollandiya – Finlandiya 4:0
Malen, 8. V. Van Deyk, 17. M. Depay, 38-p. K.Qakpo, 84.
Litva – Polşa 0:2
S. Şimanski, 15. R. Levandovski, 64.

H qrupu
San Marino – Cənubi Kipr 0:4
L. Loiuzu, 9. S. Andreu, 59. Q. Kastanos, 67-p. A. Kakulis, 79.
Rumıniya – Avstriya 1:0
Qiçe, 90+5

L qrupu
Farer ad. – Çexiya 2:1
N. Sorensen, 67. M. Agnarsson, 81 – A. Karabets, 78
Xorvatiya – Cəbəllütariq 3:0
T. Fruk, 30. L. Suçiç, 78. M. Erliç, 90+6

Bu gün daha 8 oyun keçiriləcək. Millimiz neytral meydanda Ukrayna ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Ukrayna – Azərbaycan
İslandiya – Fransa
Şim. İrlandiya – Almaniya
Şim. Makedoniya – Qazaxıstan
Slovakiya – Lüksemburq
Sloveniya – İsveçrə
Uels – Belçika
İsveç – Kosovo