Gələn ilin yayında ABŞ, Kanada və Mesikada keçiriləcək DÇ-2006-nın daha bir iştirakçısı bəlli oldu. Səfərdə Ekvatorial Qvineyanı minimal hesabla məğlub edə Tunis yığması vaxtından əvvəl mundiala vəsiqə qazanan ikinci Afrika komandası oldu. İlk vəsiqəni bundan üç gün əvvəl evdə Niqeri böyük hesabla (5:0) yenən Mərakeş yığması qazanmışdı. Xatırladaq ki, tunislilər ardıcıl 3-cü, üst-üstə isə 6-cı dəfə mundialda çıxış edəcək. Mərakeşlilərə gəlincə, onlar da altı dəfə DÇ-nin həlledici mərhələsində qüvvələrini sınayıblar. Mərakeş yığması sonuncu mundialda 4-cü yeri tutub.