Özbəkistanın paytaxtı Daşkənddə qadın sablyaçıların Dünya Kuboku turniri davam edir. Azərbaycan millisi bu nüfuzlu yarışda dörd idmançı ilə təmsil olunub: Palina Kaspiaroviç, Səbinə Kərimova, Zarifə Hüseynova və Anna Başta.
Turnirin fərdi yarışlarında millimizin ən uğurlu təmsilçisi Palina Kaspiaroviç olub. Yüksək ustalıq nümayiş etdirən idmançımız bürünc medala sahib çıxaraq fəxri kürsüdə yer alıb.
Uzunmüddətli zədədən sonra ilk beynəlxalq sınağına çıxan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Digər təmsilçilərimiz Səbinə Kərimova və Zarifə Hüseynova isə çıxışlarını pley-off mərhələsində yekunlaşdırıblar.
İndi bütün diqqətlər komanda yarışlarına yönəlib. Millimiz sabah komanda hesabında 1/8 finala yüksəlmək uğrunda ABŞ seçməsi ilə üz-üzə gələcək. Səkkizliyə düşmək üçün qılıncoynadanlarımızdan maksimum konsentrasiya tələb olunur.