Dambrauskasdan sərt mesaj: “Qarabağ” mövzusu bizim üçün bitib

11.03.26 | 07:23
Ölkə futbolu

Premyer Liqada cari mövsümün ən böyük hesablı qələbələrindən birinə imza atan “Sabah”, “Qəbələ” səddini çox rahatlıqla keçdi. Meydanın hər qarışında dominantlıq nümayiş etdirən paytaxt təmsilçisi, rəqib qapısından 7 top keçirərək güc nümayişi etdi. Baş məşqçi Valdas Dambrauskasın oyunsonrsı açıqlamasında qələbənin təsadüf olmadığını bildirib.

Litvalı mütəxəssis ilk növbədə yetirmələrinin oyun planına sadiqliyini yüksək qiymətləndirib. O, rəqibin yorğunluğunun oyuna təsir etdiyini də gizlətməyib: “Baş verənlərə meydanda düzgün və savadlı reaksiya verdilər. Rəqib haqqında da xoş sözlər demək istəyirəm, “Qəbələ” təhlükəli komandadır. Ola bilsin, kubokdakı 120 dəqiqəlik mübarizənin yorğunluğu özünü göstərdi. Lakin biz ilk hissədən oyuna tam hakim olduq, qollar vurduq və fasilədən sonra da tempimizi düşürmədik”.

Kubok oyunlarında “Qəbələ”yə qarşı çətinlik çəkən “Sabah”ın bu dəfə niyə bu qədər rahat qələbə qazanmasına aydınlıq gətirən Dambrauskas, turnir fərqinə toxunub: “Kubok və çempionat fərqli dünyalardır. Bir ay ərzində eyni rəqiblə dörd dəfə qarşılaşmaq psixoloji baxımdan asan deyil. Kubokda məqsədimiz mərhələni keçmək idi və biz buna nail olduq. Çempionatda isə bu qələbə turnir cədvəli baxımından çox vacib idi”.

Matçın ulduzuna çevrilən (2 qol, 2 məhsuldar ötürmə) Coy-Lans Mikelsin əvəzlənməsi azarkeşlərdə narahatlıq yaratsa da, məşqçi bunun ehtiyat tədbiri olduğunu bildirib: “Bəli, kiçik zədəsi var. O, hələ tam hazır deyil, lakin hər oyunda maksimumunu verir. Onun töhfəsi əvəzsizdir. Artıq iki ay yarımdır ki, 90 dəqiqə çıxış etmir, biz ona tədricən yük veririk. Onun son vaxtlar fərqlənməsi komanda üçün mükəmməldir”.

Xəyal Əliyev və yeni transfer Orfe Mbinanın vəziyyəti barədə danışan baş məşqçi, geniş heyətin üstünlüklərindən söz açıb: “Mənim üçün favorit oyunçu matç günü meydanda olandır. Xəyal milliyə namizəddir, sadəcə risk etmək istəmədik. Mbina isə bu həftə məşqlərə başlayıb. Məşqçi üçün belə geniş seçim imkanının olması ancaq sevindiricidir”.

AFFA-nın “Qarabağ”la oyundakı insidentlə bağlı verəcəyi yeni qərara və köməkçisinin cəzalanma ehtimalına münasibət bildirən mütəxəssis, məsələni uzatmamağa üstünlük verib: “Bütün şərhlərimizi artıq vermişik. Qərar çıxana qədər danışmaq istəmirəm. Bizim üçün də, ‘Qarabağ’ üçün də bu mövzu artıq keçmişdə qalıb. İndi bütün diqqətimiz 3 gündən sonra keçiriləcək ‘İmişli’ ilə oyundadır”.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13