Dambrauskas: “Xüsusi reseptimiz yoxdur, sadəcə sistem işləyir”

14.03.26 | 19:11
Ölkə futbolu

Misli Premyer Liqanın 24-cü turunda səfərdə “İmişli”ni 5:0 hesabı ilə darmadağın edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas, qarşılaşmadan sonra mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. Litvalı mütəxəssis qələbəni şərh edərkən həm komandasının oyun fəlsəfəsindən, həm də qarşıdakı hədəflərdən söz açıb.

Dambrauskas ilk növbədə meydançanın durumundan narazılığını dilə gətirsə də, futbolçuların bu çətinliyə rəğmən tapşırıqları yerinə yetirməsini yüksək qiymətləndirib: “Qələbə münasibətilə bütün “Sabah” ailəsini təbrik edirəm. Belə bir meydançada oynamaq, xüsusən texniki futbola üstünlük verən komandalar üçün hədsiz dərəcədə çətindir. Hətta 10-15 metrlik qısa ötürmələrdə belə problemlər yaranırdı. Şükürlər olsun ki, bu sınaqdan həm qələbə ilə, həm də zədəsiz ayrıldıq. İndi bütün diqqətimizi növbəti — “Sumqayıt”la matça yönəltmişik”.

Hücum xəttindəki itkilərə baxmayaraq komandanın məhsuldarlığını itirməməsinə toxunan baş məşqçi, uğuru sistemin düzgün qurulmasında görüb: “Xüsusi bir sirrimiz yoxdur. Sadəcə oyunçular verilən tapşırıqları intizamla yerinə yetirirlər. Artıq öz oyun stilimiz formalaşıb və hər bir futbolçu bu sistemə uyğunlaşmağı bacarır. Gənc oyunçularımız — Maluda, Xəyal və Umarəli artıq ümumilikdə 15 qola imza atıblar. Mikkels qol vurur, Sekidika zədədən sonra formaya düşür. Parris bir müddət kənarda qalsa da, son turlarda effektivliyi ilə seçilir. Kimisə fərdi şəkildə fərqləndirmək istəmirəm. Meydana çıxan hər kəs maksimum fayda verməyə çalışır. Futbolçular öz işlərinə tam məsuliyyətlə yanaşırlar”.Sonda komandanın gələcək perspektivləri barədə danışan mütəxəssis, “Sabah”ın hələ tam potensialını nümayiş etdirmədiyini vurğulayıb: “Məncə, biz bundan daha yaxşı oynaya bilərik. Bizim böyük potensialımız var. Sadəcə çox işləmək və özümüzə inanmaq lazımdır. İnanıram ki, bir gün ‘Sabah’ ən yüksək pillədə qərarlaşacaq”.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11