Cüdoçusundan ikiqat Olimpiya çempionunu devirib qızıl qazandı!

01.03.26 | 19:26
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirini millimiz uğurla başa vurub. Yarışın son günündə tatarmi üzərinə çıxan 6 idmançımızdan 4-ü fəxri kürsüyə qalxmağı bacarıb.
Günün ən diqqətçəkən nəticəsinə 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fatiyev imza atıb. O, ardıcıl olaraq Rumıniya, Özbəkistan, Rusiya və Yunanıstan təmsilçilərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Murad ikiqat olimpiya çempionu, gürcüstanlı əfsanə Lasha Bekauri üzərində parlaq qələbə qazanaraq qızıl medala sahib olub.
Ağır çəkidə (+100 kq) çıxış edən Kənan Nəsibov bütün rəqiblərini sıradan çıxararaq turnirin qalibi olub. O, finalda yerli azarkeşlərin sevimlisi, özbəkistanlı Alişer Yusupovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dünya reytinqinin liderlərindən olan Zelim Kotsoyev (100 kq) yarımfinalda uduzsa da, bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Adam Sanqariyevə qalib gəlib.
Digər ağırçəkili cüdoçumuz Camal Qamzatxanov (+100 kq) da bürünc medal qazanaraq komandamızın aktivinə növbəti mükafatı yazdırıb.
Cudoçularmız turniri ümumilikdə 7 medalla (4 qızıl, 1 gümüş, 2 bürünc) başa vuraraq yüksək komanda nəticəsi nümayiş etdirib:
Cüdoçu Çəki Medal
Əhməd Yusifov 60 kq Qızıl
Ömər Rəcəbli 81 kq Qızıl
Murad Fatiyev 90 kq Qızıl
Kənan Nəsibov +100 kq Qızıl
Balabəy Ağayev 60 kq Gümüş
Zelim Kotsoyev 100 kq Bürünc
Camal Qamzatxanov +100 kq Bürünc
Yarışda iştirak edən digər idmançılarımız Əjdər Bağırov (100 kq) və Mədinə Qaysinova (+78 kq) ilkin mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11