24 qat “Böyük Dəbilqə” çempionu, hazırda dünya reytinqində 4-cü sırada qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç ailəsi ilə birlikdə Yunanıstana köçüb. Cokoviç Afinanın cənubunda, Qlifada bölgəsində ev icarəyə götürüb. Onun övladları artıq özəl ingilisdilli məktəbə qəbul olublar. 9 sentyabrda tennisçi paytaxtdakı klubun birində böyük oğlu Stefanla məşq edərkən görüntülənib.
Hələ 2025-ci ilin yayında onun köçəcəyi ilə bağlı xəbərlər yayılmış, Cokoviçin ölkədə yaşayış icazəsi aldığı bildirilmişdi.
US Open – 2025 turnirindən sonra serbiyalı ulduz cari mövsümdə Afinada baş tutacaq yarışda mütləq çıxış edəcəyini açıqlayıb. Turnir 2–9 noyabr tarixlərində keçiriləcək.