İkinci oyun günü Azərbaycan azarkeşlərinin diqqəti “Qarabağ”la yanaşı İstanbula yönəlmişdi. Ağdam klubundan fərqli olaraq “Qalatasaray” lazımi qələbəni qazana bilmədi. “Cim-Bom” buraxdığı erkən qolun əvəzini tez bir zamanda çıxasa da, bundan artığına nail ola bilmədi və heç-heçə ilə barışdı. Bununla da iki türk komandası turnir cədvəlində xallarını eyniləşdirərək növbəti mərhələ yolunda rəqib oldular.
Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya) 1:1
Loryente, 20-avtoqol – G. Simeone, 4.
Qarabağ (Azərbaycan) – Ayntraxt (Almaniya) 3:2
Kamillo Duran, 4; 80. Mustafazadə, 90+4 – Can Uzun, 10. Çaibi, 78-p.
Atalanta (İtaliya) – Atletik (İspaniya) 2:3
Skamakka, 16.Krstoviç, 88 – Quruseta, 58. Serrano, 70. Navarro, 74.
Bavariya (Almaniya) – Union Qillois (Belçika) 2:0
Keyn, 52; 55-p.
Marsel (Fransa) – Liverpul (İngiltərə) 0:3
Soboslai, 45+1. Rulyi, 73-avtoqol. Qakpo, 90+3.
Nyukasl (İngiltərə)- PSV (Niderland) 3:0
Vissa, 8. Qordon, 30. Barms, 65.
Slaviya (Çexiya) – Barselona (İspaniya) 2:4
Kuşey, 10. Levandovski, 44-avtoqol – Fermin Lopes, 34; 42. Dani Olmo, 63. Levandovski, 71.
Çelsi (İngiltərə) – Pafos (Yunanıstan) 1:0
Kaysedo, 78.
Yuventus (İtaliya) – Benfika (Portuqalaiya) 2:0
Tyuram,55. Makkenni, 64.
