Bu gün Çempionlar Liqasında 3-cü turun oyunlarına start veriləcək. Günün ən maraqlı oyunu “Arsenal” – “Atletiko” qarşılaşmasının olacağını söyləsək yəqin ki, yanılmarıq. Görüşün favoriti hazırda əla formada olan “topçular”dı. Ancaq “Atletiko” sıradan bir komanda deyil, londonlular ehtiyatı əldən versələr onlar da bu yaxınlarda “Real”ın aqibəti ilə üzləşə bilərlər. Evdə “Mançester Siti” ilə qarşılaşacaq “Vilyarreal”ın baş məşqçisi Marselino Toral oyun öncəsi açıqlamasında “şəhərlilər”ın forvardı Erlinq Hollanddan söz açıb: “Bizimlə oyunda onun qol seriyasının qırılacağına ümid edirəm. Hazırda o yaxşı 9 nömrəli oyunçudur. Onu hər tərəfli bağlamalıyıq və topun ona çatmaması üçün bütün ötürmələrin qarşısını almalıyıq. Çalışacağıq ki, bu oyunda o qol vura bilməsin”.
Bu gün sentyabrın əvvəlində yığmada aldığı zədə üzündən altı həftə yaşıl meydandan uzaq düşən PSJ-nin cinah oyunçusu Usman Dembelenin “Bayer”lə oyununda dönüşü gözlənilir. Bu turda “Kayrat”ın da nəhayət xal qazanmaq imkanı var.
20:45 Barselona – Olimpiakos CBC Sport
20:45 Kayrat – Pafos
23:00 Arsenal – Atletiko CBC Sport
23:00 Bayer – PSJ
23:00 Vilyarreal – Mançester S İctimai TV
23:00 Kopenhagen – Borussiya D
23:00 Nyukasl – Benfika
23:00 PSV – Napoli
23:00 Yunion – İnter