Bu gün Çempionlar Liqasında 5-ci tura yekun vurulacaq. Günün mərkəzi oyunu Londonda keçiriləcək: “Arsenal” – “Bavariya”. Hər iki komanda təkcə öz liqalarının yox, həm də ÇL-in lideridir və qitənin ən nüfuzlu klub turnirində hələ ki, xal itirməyiblər. Oyun ərəfəsində jurnalistlərin “komandasının hazırkı ÇL-i qazanacağına inanırmı?” sualını “Bavariya”nın baş məşqçisi belə cavab verib: “Bu inanılmaz olardı və mənim üçün çox şey ifadə edərdi. “Bavariya” favoritlərdən biridir. Keçən mövsüm çox şey öyrəndik. Məsələn, “Barselona”ya necə pressinq etmək olar. Keçən il “Barselona” ilə oyun bizim üçün dönüş nöqtəsi oldu”.
26 noyabr 21:45 Kopenhagen – Kayrat —————————-CBC Sport
26 noyabr 21:45 Pafos – Monako
26 noyabr 00:00 Ayntraxt – Atalanta
26 noyabr 00:00 Arsenal – Bavariya ——————————–CBC Sport
26 noyabr 00:00 Atletiko – İnter ————————————-İctimai TV
26 noyabr 00:00 Liverpul – PSV
26 noyabr 00:00 Olimpiakos – Real
26 noyabr 00:00 PSJ – Tottenhem
26 noyabr 00:00 Sportinq – Brügge