ÇL-də həlledici gecə: 1/8 finalın son iştirakçıları müəyyənləşir

25.02.26 | 09:49
Dünya futbolu

Sabah UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulur. Qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanacaq son komandaların adları müəyyənləşəcək. Futbolsevərləri dramatik dönüşlər, gərgin taktiki mübarizə və ulduzların savaşı gözləyir. Azarkeşlərin diqqəti Turin və Parisdə keçiriləcək prinsipial qarşılaşmalara yönələcək.

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyada “Yuventus”un qonağı olacaq. İlk oyunda İstanbulda qazanılan 5:2-lik möhtəşəm qələbə “sarı-qırmızılılar” üçün böyük üstünlük yaratsa da, baş məşqçi Okan Buruk arxayınlığa yer olmadığını bildirib.

Turində keçirilən mətbuat konfransında çıxış edən 52 yaşlı mütəxəssis komandasına səslənərək qeyd edib ki, hesab üstünlüyü aldadıcı ola bilər:

“Sanki ilk oyunu heç oynamamış kimi sahədə olmalıyıq. Əgər meydana yalnız hesabı qorumaq üçün çıxsanız, bu cür səviyyəli rəqiblərlə matçda ciddi çətinlik çəkərsiniz. Biz öz xarakterimizi və oyun anlayışımızı ilk dəqiqədən nümayiş etdirməliyik.”

Keçmişdə İtaliya futboluna bələd olan (İnter karyerası) Buruk üçün bu oyun həm də mənəvi əhəmiyyət daşıyır. O, Turini xoşbəxt tərk etmək üçün maksimum konsentrasiyanın vacib olduğunu vurğulayır.

Günün digər maraqlı qarşılaşması Parisdə baş tutacaq. Son çempion PSJ “Monako” ilə üz-üzə gəlir. Səfərdəki 3:2 hesablı qalibiyyət parislilər üçün üstünlük olsa da, komanda daxilindəki son durum azarkeşlərdə sual işarələri yaradır.

“L’Equipe” nəşrinin məlumatına görə, komandanın aparıcı üzvləri Usman Dembele və Fabian Ruis son məşqlərdə iştirak etməyiblər. Dembelenin yoxluğu hücum xəttində kəsərliyi azalda bilər, diz zədəsindən yeni qayıdan Ruisin isə meydana çıxıb-çıxmayacağı hələ də sual altındadır. Bir qolluq fərq və bu qədər ciddi itki ilə PSJ-nin “Monako” qarşısında necə performans sərgiləyəcəyi böyük maraq mövzusudur.

Lissabondan minimal hesablı qələbə ilə dönən “Kral klubu” bu üstünlüyünü “Santyaqo Bernabeu”da qorumağa çalışacaq. Buna baxmayaraq, Portuqaliya təmsilçisinin sürətli əks-hücum qurmaq bacarığı Madrid klubu üçün əsas narahatlıq mənbəyidir.

lk qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan almanlar üstün tərəf kimi görünsələr də, “Atalanta”nın öz meydanındakı aqressiv oyun tərzi hər an tarazlığı poza bilər.

21:45 Atalanta – Borussiya D CBC Sport

00:00 Real – Benfika İctimai TV

00:00 Yuventus – Qalatasaray CBC Sport, TRT 1

00:00 PSJ – Monako

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58