“Qəbələ”nin məşqçisi Giorgi Çixradze Premyer Liqanın 20-ci turunda “Sabah”a məğlubiyyəti (0:1) belə şərh edib:
“Komandaların hədəfləri fərqlidir, rəqib çempionluğa oynayır, biz isə Premyer Liqada qalmaq uğrunda vuruşuruq. İlk yarıda passiv görünsək də, müdafiədə səhvsiz oynadıq və hücumda fərqlənmək üçün bir neçə şansımız oldu. İkinci hissənin əvvəlində gözlənilməz və lüzumsuz bir qol buraxdıq. Halbuki orada qol epizodu belə yox idi. Bundan sonra toparlanıb daha aqressiv futbol oynamağa başladıq. Matçın sonunda mübahisəli an yaşandı. Mənə görə vurduğumuz qol təmiz idi və hakim onu saymalı idi. Əfsus ki, hesabı bərabərləşdirmək şansımızı əlimizdən aldılar”.