“Qalatasaray”ın orta sahədəki əsas simalarından biri olan 25 yaşlı braziliyalı yarımmüdafiəçi Qabriel Sara İngiltərə Premyer Liqası təmsilçisi “Fulhem”in transfer siyahısına düşüb. Braziliya mətbuatında yer alan xəbərlərə görə, London klubu futbolçunu yaxından izləyir.
Məlumatda qeyd olunur ki, Saranın “Qalatasaray”dakı yüksək məvacibi İngiltərənin “böyük altılıq” klubları xaricindəki komandalar üçün ciddi maliyyə maneəsi yarada bilər. Lakin braziliyalının “sarı-qırmızılı” forma ilə qazandığı uğurlar və göstərdiyi performans onun transfer ehtimalını daha da gücləndirir.
Braziliya mətbuatı həmçinin vurğulayıb ki, “Fulhem”ə mümkün keçid baş tutarsa, Saranın Londona uyğunlaşması çətin olmayacaq. Heyətdə Rodriqo Muniz və Kevin kimi həmyerlilərinin olması onun üçün “tanış mühit” yaradacaq və adaptasiya prosesini xeyli sürətləndirəcək.