“Sabah”dan şok mükafat iddiası
Türkiyə Superkuboku uğrunda keçirilən final matçında “Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək çempionluğunu elan edib. Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşmadan sonra təşkil olunan mükafatlandırma mərasimində “Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko davranışı ilə diqqət mərkəzinə düşüb.
İtalyan mütəxəssis bayram şənliyi zamanı komandadan kənarda, küncdə təkbaşına dayanmağı üstün tutub. Tedesko bu addımının səbəbini belə izah edib:
“Biz güclü komandayıq. Hesab edirəm ki, qələbə sevinci ilk növbədə futbolçulara məxsusdur. Çünki meydanda mübarizə aparan və can qoyan onlardır. Bizim istəklərimizi yaşıl meydanda onlar reallaşdırırlar. Bu kubok bütöv “Fənərbaxça” ailəsinin və azarkeşlərimizindir. Onlar inanılmazdırlar. Məhz buna görə biz işimizi bu qədər çox sevirik. Belə bir azarkeş kütləsinin məşqçisi olmaq mənim üçün böyük qürur və şərəfdir.”
Yeri gəlmişkən, “Sabah” nəşrinin yazdığına gğrə, “Qalatasaray” üzərindəki qələbəyə görə “Fənər”in futbolçuları ümumilikdə 1,5 milyon avro mükafat alıblar.