Çempionlar Liqasının ilk oyun günü: rəqəmlər, rekordlar

22.10.25 | 15:26
Dünya futbolu

Çempionlar liqasının ilk oyun günü məhsuldarlığı və bir sıra maraqlı faktları ilə yadda qaldı. Xatırladım ki, 9 oyunda qapılara üst-üstə 43 qol vuruldu. Bu orta hesabla hər oyuna 5,38 qol deməkdir.

Evdə İtaliya çempionu “Napoli”ni 6:2 hesabı ilə məğlub edən PSV 1979-cu ildən bəri Çempionlar Liqası və Çempionlar kubokunda bir oyunda 6 top vuran ilk holland klubu oldu. Həmin ilin oktyabrında “Ayaks” Kipirin “Omoniya” klubunu darmadağın etmişdi – 10:0.

Belçika “Yunion”unu böyük hesabla məğlub edən (4:0) İtaliya “İnter”i dörd top fərqi ilə sonuncu səfər qələbəsini 21 il əvvəl qazanıb. Milanlılar 2004-cü ilin oktyabrın 21-də səfərdə “Valensiya”nı məğlub etmişdi – 5:1. Gecənin digər məhsuldar oyunu “Barselona” – “Olimpiakos” oldu. Kataloniyalılar yunanları 6:1 hesabı ilə məğlub etdilər. “Barsa” sonuncu dəfə 2015-ci ildə rəqib qapısına 6 top vura bilmişdi. Bu PSJ ilə oyunda baş vermişdi. Səfərdə 1:5 hesabı ilə uduzan kataloniyalılar Messi-Suares-Neymar triosunun sayəsində məğlubiyyətin əvəzini çıxaraq növbəti mərhələyə adlaya bilmişdi.  

“Kayrat” – “Pafos” oyunu yeni rekordla tarixə düşdü. Hakim görüşün 4-cü dəqiqəsində ayaqla qazax futbolçunun başına zərbə endirən  Joau Korreyraya qırmızı vərəqə göstərdi. Kiprli meydandan qovularkən oyunun başlanmasından 3 dəqiqə 3 saniyə keçmişdi.   Korreyra  ÇL-in tarıxinə ən erkən qırmızı vərəqə alan oyunçu kimi düşdü. Əvvəlki antirekordun sahibi ukraynalı Aleksandır Kuçer idi (3 dəqiqə 59 saniyə). “Şaxtyor”un ftbolçusu 2015-ci ilin martında “Bavariya”ilə oyunda meydandan qovulmuşdu. 

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58