Çempionlar Liqasında püşk və təqvim: “Qarabağ”ın taleyi bəlli olur

22.01.26 | 14:39
Ölkə futbolu

Ötən mövsümdən etibarən Çempionlar Liqasında yeni format tətbiq olunub. 36 komandadan 24-ü pley-off mərhələsinə adlayacaq. İlk 8 yeri tutan komanda 1/8 finala birbaşa vəsiqə qazanır, 9-24-cü yerləri tutan klublar isə pley-off mərhələsində 1/8 final vəsiqə uğrunda mübarizə aparırlar. Digər komandalar üçün Avropa kubokları başa çatır; artıq Avropa Liqasına keçid (düşmə) mövcud deyil. Təmsilçimiz “Qarabağ”ın növbəti mərhələnin bir addımlığında olduğunu nəzərə alaraq, turnirin bundan sonrakı formatını və oyun təqvimini təqdim edirik

Komandaların hazırkı status

1/8 finala vəsiqəni təmin edənlər:

Arsenal (İngiltərə)

Bayern Münhen (Almaniya)

Pley-off və ya daha yüksək mərhələni təmin edənlər:

Atalanta, Yuventus, İnter (İtaliya)

Nyukasl, Çelsi, Liverpul, Mançester Siti, Tottenhem (İngiltərə)

Barselona, Atletiko, Real (İspaniya)

PSJ (Fransa)

Sportinq (Portuqaliya)

Turnirlə vidalaşanlar:

Ayntraxt (Almaniya)

Slaviya Praqa (Çexiya)

Kayrat (Qazaxıstan)

Vilyarreal (İspaniya)

Püşkatma və Qaydalar

Liqa mərhələsi bitdikdən sonra 30 yanvar, Bakı vaxtı ilə saat 15:00-da Nionda pley-off püşkatması keçiriləcək. Cütlüklər turnir cədvəlindəki yerlərə əsasən müəyyən ediləcək:

9 və 10-cu yerlər — 23 və 24-cü yerlərlə;

11 və 12-ci yerlər — 21 və 22-ci yerlərlə;

13 və 14-cü yerlər — 19 və 20-ci yerlərlə;

15 və 16-cı yerlər — 17 və 18-ci yerlərlə qarşılaşacaq.

Səpələnmiş komandalar (9-16-cı yerlər) cavab oyununu öz meydanlarında keçirmək üstünlüyünə malikdirlər. Bu mərhələdə eyni ölkə təmsilçilərinin və ya liqa mərhələsində qarşılaşmış komandaların bir-biri ilə rəqib olması mümkündür.

Oyunların Təqvimi

Mərhələ                                                   Tarix

Pley-off püşkatması                             30 yanvar 2026

Pley-off oyunları                                   17/18 və 24/25 fevral 2026

1/8, 1/4 və 1/2 final püşkatması     27 fevral 2026

1/8 final oyunları                                   10/11 və 17/18 mart 2026

1/4 final oyunları                                   7/8 və 14/15 aprel 2026

Yarımfinal oyunları                               28/29 aprel və 5/6 may 2026

FİNAL (Budapeşt)                                 30 may 2026

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58