Şahmat üzrə ölkə çempionatında bütün 1/4 finalçıların adlarına aydınlıq gəlib.
1/8 final mərhələsinin nəticələrinə əsasən, Nicat Abasov tay-brekdə Xaqan Əhmədi məğlub edib. Ölkənin son çempionu Rauf Məmmədov isə Şiroğlan Talıbovu mübarizədən kənarlaşdırıb.
Qadınların yarışında isə gözlənilməz nəticə qeydə alınıb. U-20 dünya çempionu və milli komandanın üzvü Gövhər Beydullayeva tay-brekdə Nərmin Abdinovaya uduzaraq yarışı tərk edib.
Xatırladaq ki, daha əvvəl Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı, həmçinin Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova dörddəbir finala vəsiqə qazanmışdılar.
Dörddəbir final mərhələsi sabah start götürəcək, çempionat isə fevralın 22-də başa çatacaq.