“Çelsi”nin baş məşqçisi Entso Mareska “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı jurnalistlərlə fikirlərini bölüşüb. Görüşə böyük önəm verən italyan məşqçi belə deyib: “Matç bzim üçün cox vacibdır. Ardıcıl üçüncü qələbəni qazanıb xalımızı doqquza çatdıra bilərik. Ancaq bunun çətin olacağını başa düşürük. Təqvim çox sıxdır, buna baxmayaraq qələbə üçün əlimizdən gələni edəcəyik. Cümə axşamı səhər saatlarında Londona dönəcəyik və artıq şənbə günü oyuna çıxacağıq. Bu səbəbdən heyətdə dəyşikliyin olacağını istisna etmirəm”.
Daha sonra “Qarabağ”ın yaxşı komanda olduğunu vurğulayan Mareska “köhlən atlar”ın “”Benfika”a (3:2) və “Kopenhagen”ni (2:0) məğlub etməsini və “Atletik”ə uduzmasını yada salıb: ” Atletik”lə oyunda hesabda irəli çıxsalar da, sonda məğlub oldular (1:3). Onlara qarşı oynamaq bizim üçün çox çətin olacaq”.
O, həmçinin zədə üzündən sabahkı oyunu buraxacaq komandanın aparıcı oyunçusu Koul Palmer mövzusuna da toxunub: “Palmer bizim üçün vacib oyunçudur. Təəssüf ki, sabahkı oyunda onun köməyindən faydalana bilməyəcəyik. Onun tezliklə sıralarmıza dönəcəyini səbirsizliklə gözləyirik”.
Sonda Mareska həmkarı Qurban Qurbanovun uzun müddət Ağdam klubunu çalışmasına da toxunub: “Heç vaxt belə bir şey görməmişəm. Bir klubda 17 il işləmək, sadəcə inanılmazdır. Komanda olaraq çox güclüdürlər və çətin oyun olacaq”.