Bu gün Konfrans Liqasında əsas mərhələ başa çatır

18.12.25 | 09:32
Dünya futbolu

Konfrans Liqasında (KL) qrup mərhələsinə bu gün yekun vurulacaq. Tarixində ilk dəfə iştirak etdiyi turnirdə növbəti mərhələyə vəsiqəni artıq təmin edən “Samsunspor”, qrup mərhələsini ilk 8 komanda arasında tamamlayaraq birbaşa 1/8 finala yüksəlməyi hədəfləyir.
“Qırmızı-ağlar” bu axşam səfərdə Almaniyanın “Maynts” klubu ilə qarşılaşacaq. Son turda doğma meydanda Yunanıstanın AEK klubuna uduzduqdan (1:2) sonra Samsun təmsilçisi işini bir qədər çətinə salıb. Bu səbəbdən Almaniyada qazanılacaq xal turnir cədvəlindəki mövqe üçün həlledici rol oynayacaq.
Komandanın heyətlə bağlı ciddi problemi var. Belə ki, bu vacib matçda 5 futbolçu iştirak edə bilməyəcək. Cherif Ndiaye və Eyüp Aydın qış transfer pəncərəsində heyətə qatılsalar da, adları UEFA siyahısında olmadığı üçün qaydalara görə forma geyinə bilməyəcəklər. Afonso Sousa və Bedirhan Çetin zədəli olduqlarından komandaya kömək edə bilməyəcəklər.
Mərc araşdırması çərçivəsində 45 günlük cəza alan Celil Yükseldə meydanlardan uzaq düşüb.

АЕК (Yunanıstan) – Univеrsitatya (Krayova, Rumıniya)
AEK (Kipr) – Şkendiya (Albaniya)
Alkmaar (Niderland) – Yaqеlloniya (Polşa)
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan)
Zrinski (Bosniya) – Rapid (Avstriya)
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya)
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq)
Lozanna (İsveçrə) – Forentina (İtaliya)
Maynts (Almaniya) – Samsunspor (Türkiyə)
Omoniya (Kipr) – Rakuv (Polşa)
Rayo Valekano (İspaniya) – Drita (Kosovo)
Siqma (Çexiya) – Lex (Polşa)
Slovan (Slovakiya) – Hakken (İsveç)
Sparta (Çexiya) – Aberdin (Şotlandiya)
Strasbur (Fransa) – Breydablik (İslandiya)
Çele (Sloveniya) – Şelburn (İrlandiya)
Şaxtyor (Ukrayna) – Riyeka (Xorvatiya)
Şеmrok Rovers (İrlandiya) – Hamrun Spartans (Malta)

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45