Bu gün Çempionlar Liqasında 3-cü tura yekun vurulacaq. “Qarabağ” səfərdə “Atletik”lə qarşılaşacaq. Qurban Qurbanovun komandasının İspaniya səfərindən xalla dönməsi mümkündür. Belə ki, basklar cari mövsümdə yaxşı formada deyillər. Bu proqnoza “Atletik”in La Liqa və ÇL-dəki nəticələri əsas verir. Hər iki turnirdə üst-üstə 11 oyunda 15 qol buraxması ispan klubunun müdafiə xəttində ciddi problemlərin olmasından xəbər verir. Ümid edirik ki, “Qarabağ” orta sahədə güclü pressinq etməklə rəqibin arxa xəttində yaranan boşluqdan faydalanacaq.
“Qalatasaray” evdə Norveç “Bude Qlimt”i ilə qarşılaşacaq və türkiyəlilərin bu qarşılaşmadan qalib ayrılacağı gözlənilir. Gecənin ən maraqlı oyunu şübhəsiz ki, “Real” – “Yuventus” görüşüdür. “Qoca Sinyora”nın bu günkü durumu heç də yaxşı deyil. ÇL-də keçirdiyi hər iki oyundan sülhlə ayrılan turinlilər A seriyasının son turunda “Komo”ya uduzaraq liderlər qrupundan uzaq düşüb. “Real”a gəlincə, komandanın müdafiə xəttində ciddi itkiləri var. Dani Karvaxal, Trent Aleksandr-Arnold, Ferlan Mendi, Antonio Rüdiger və Din Heysen son turda “Xetafe” ilə oyunu zədə üzündən buraxmalı oldular. Onlardan Heysen, Trent və Karvaxalın “Yucentus”a qarşı meydana çıxacağı gözlənilir.
20:45 Atletik – Qarabağ İctimai TV
20:45 Qalatasaray – Bude Qlimt CBC Sport, TRT 1
23:00 Ayntraxt – Liverpul İctimai TV
23:00 Real – Yuventus CBC Sport
23:00 Atalanta – Slaviya
23:00 Bavariya – Brügge
23:00 Monako – Tottenhem
23:00 Sportinq – Marsel
23:00 Çelsi – Ayaks