Bu gün keçiriləcək Konfrans Liqasının növbəti turunda “Samsunspor” səfərdə İslandiya “Breydablik”i ilə üz-üzə gələcək. Xatırladaq ki, samsunluların turnirdəki uğurlu çıxışı komandanın baş məşqçisi Tomas Reisin vətəni Almaniyada diqqət çəkib. Bu yaxınlarda “Volfsburq” rəhbərliyinin onu komandada görmək niyyətində olduğu barədə xəbər yayılmışdır.
Matç öncəsi açıqlamasında “Breydablik”in güclü oyunçulara sahib olduğun vurğulayan alman məşqçi belə deyib: “Gücümüzün sadəcə 80 faizini ortaya qoysaq çox ciddi problemlər yaşaya bilərik”. Hazırda KL-də 3 oyuna 9 xal toplayan “Samsunspor” turnir cədvəlinə başçılıq edir.
Konfrans liqası, əsas mərhələ, 4-cü tur
21:45 Alkmaar – Şelburn
21:45 Zrinski Mostar – Hakken
21:45 Lex – Lozanna
21:45 Omoniya – Dinamo K
21:45 Rakov – Rapid
21:45 Оlоmоuts – Çele
21:45 Slovan – Rayo Valekano
21:45 Univеrsitatya K – Maynts
21:45 Hamrun Spartans – Linkoln
00:00 Breydablik – Samsunspor
00:00 Drita – Şkendiya 79
00:00 Legiya – Sparta
00:00 Riyeka – AEK L
00:00 Strasbur – Kristal Pelas
00:00 Forentina – АЕК
00:00 Şеmrok – Şaxtyor
00:00 Yaqеlloniya – KuPS