İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted” gələcək heyət planlaması çərçivəsində mühüm qərar qəbul edib. Klub 33 yaşlı braziliyalı ulduz Kazemironun cari mövsümün sonunda, müqavilə müddəti bitdikdən sonra komandadan ayrılacağını rəsmən açıqlayıb.
“Qırmızı şeytanlar” dörd mövsüm ərzində klubun uğurları üçün tər tökən təcrübəli yarımmüdafiəçi ilə vidalaşmaq məqsədilə sosial media hesablarında xüsusi video paylaşıblar.
Kazemironun karyerasını harada davam etdirəcəyi ilə bağlı artıq şok iddialar səslənməkdədir. İngiltərə mətbuatının yaydığı məlumata görə, ulduz futbolçu hazırda Amerikanın (MLS) bir neçə klubu ilə danışıqlar aparır. Braziliyalı ulduz “Old Trafford”da çıxış etdiyi müddət ərzində komandanın əsas fiqurlarından birinə çevrilmişd.
Kazemiro “Mançester Yunayted”ə keçidindən bəri komandanın heyətində 146 rəsmi oyunda meydana çıxıb, 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.