Sabah İstanbulda boks üzrə ənənəvi Əhməd Cömərd turnirinə start veriləcək. Xatirə turnirində ölkəmizi dörd idmançı təmsil edəcək.
Baş məşqçilərin qərarına əsasən, rinqə Ucal Musayev (50 kq), Elbrus Kərimli (60 kq), Cəlal Qurbanov (65 kq) və Vüqar Məmmədov (70 kq) çıxacaqlar.
Yarışın ədalət təmsilçiləri sırasında azərbaycanlı referilər də yer alıb. Beynəlxalq turnirdə ölkəmizi hakimlər Yasef Quliyev və Şaban Şahpələngov təmsil edəcəklər.