Dekabrın 3-13-ü aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək boks üzrə dünya çempionatına boksçularmız da qatılacaq.
Özbəkistanlı mütəxassis Ravşan Xocayevin çalışdırdığı millimizin heyətində 11 boksçu yer alıb: Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq).
Fuad Aslanovla Rövşən Qədirov isə mundialda hakim kimi çıxış edəcəklər.
68 ölkənin 120 idmançısının qatılacağı IBA bayrağı altında keçirilən Dünya Çempionatının mükafat fondudu 8 mln. dollar olacaq. Bu isə həvəskar boks tarixində rekord məbləğdir. Çempion 300 min, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 150 min və 75 min dollar qazanacaq. Düzdü bu məbləğin hamısını idmançıya çatmayacaq. Mükafatın 50 faizi boksçuya, 25 faizi məşqçiyə və milli federasiyaya ödəniləcək. Hətta 5-ci yeri tutanlarda qazancsız qalmayacaqlar. Onların payına 10.000 dollar düşəcək. Mükafat fondu və iştirakçı ölkələrin sayı turnirin sıradan bir yarış olmadığından xəbər verir.