Blatterdən şok çağırış: “ABŞ-dakı Dünya Çempionatını boykot edin!”

28.01.26 | 14:41
Dünya futbolu

FİFA-nın sabiq prezidenti Zepp Blatter, ABŞ-da keçiriləcək mundial ətrafında yenidən qalmaqallı müzakirələrə rəvac verib. Blatter, isveçrəli hüquqşünas və korrupsiya üzrə ekspert Mark Pitin azarkeşlərə ünvanladığı “boykot” çağırışını açıq şəkildə dəstəklədiyini bəyan edib. O, ABŞ-da cərəyan edən siyasi hadisələrin futbol dünyasında ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Keçmiş FİFA rəhbəri bildirib ki, turnirin keçirilməsi artıq sual altına alınmalıdır. Özünün “X” sosial şəbəkə hesabında Mark Pitin sözlərindən sitat gətirən Blatter yazıb: “ABŞ-a getməyin, oyunlara televizordan baxın. Pit bu Dünya Çempionatını sorğulamaqda tamamilə haqlıdır.”

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə 11 iyun – 19 iyul tarixlərində keçirilməsi planlaşdırılan turnir, xüsusilə ABŞ-dakı siyasi mühit səbəbindən tənqid hədəfinə çevrilib. Futbol ictimaiyyətini narahat edən əsas məqamlar bunlardır: Tramp administrasiyasının Qrenlandiya ilə bağlı iddiaları, miqrantlara qarşı tətbiq edilən sərt tədbirlər və səyahət qadağaları.

Bu amillər idmançılar, azarkeşlər və futbol rəsmiləri arasında təhlükəsizlik və iştirakla bağlı ciddi şübhələr yaradıb. Ekspertlər qeyd edirlər ki, mövcud siyasi kurs turnirin təşkilatçılığına və beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48