“Benfika”nın portuqaliyalı ulduz futbolçusu Rafa Silvanın “Benfika”ya transferini rəsmən elan edib. Klub daxilində yaşanan böhrandan sonra “Qara qartallar”la yollarını ayırmağa qərar verən təcrübəli oyunçu, sabiq komandasına geri dönüb.
Transferin detalları ilə bağlı İctimaiyyəti Məlumatlandırma Platformasına verilən rəsmi açıqlamada, keçidin şərtsiz reallaşdığı vurğulanıb.
Lissabon təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayan Silvanın illik qazancında kəskin azalma diqqət çəkir. Belə ki, “Beşiktaş”da illik 6 milyon avro maaş alan portuqaliyalı, yeni klubunda mövsüm başına 2,2 milyon avro qazanacaq.
Xatırladaq ki, cari mövsümdə “Beşiktaş” forması ilə bütün turnirlərdə 16 matça çıxan Rafa Silva, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.