“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46
Dünya futbolu

Bu axşam Avropa futbolunun qəlbi Madrid və Lissabonda döyünəcək. Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmaları çərçivəsində azarkeşləri iki möhtəşəm oyun gözləyir: “Real” – “Bavariya” klassikası və “Sportinq” – “Arsenal” intiqam savaşı.

“Bernabeu”da tarixi qarşılaşma: Arbeloa “Bavariya” səddinə qarşı

Günün əsas matçı Madriddə, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Avropanın iki ən titullu klubu – “Real” və “Bavariya” növbəti dəfə üz-üzə gələcək.

“Real”ın baş məşqçisi Alvaro Arbeloa oyunöncesi mətbuat konfransında rəqibə hörmətlə yanaşdıqlarını, lakin hədəflərinin yalnız qələbə olduğunu vurğulayıb: “Biz dünyanın ən yaxşı oyunçularına sahibik və dünyanın ən yaxşı komandası olduğumuzu sübut etməliyik.” Komandanın ulduzu Vinisius Junior isə sabiq baş məşqçi Xabi Alonso ilə yaşanan anlaşılmazlıqların keçmişdə qaldığını, hazırda Arbeloa ilə tam inam içində çalışdıqlarını qeyd edib.

Hər iki klubun formasını geyinmiş Sami Xedira isə madridlilər üçün həyəcan təbili çalır. O, Vinsent Kompaninin “Bavariya”sını “yırtıcı” adlandıraraq, Kimmix və Keyn kimi oyunçuların ötürmələrinin “Real” müdafiəsi üçün ciddi təhlükə yaradacağını bildirib.

“Real” ÇL-də “Bavariya”ya qarşı son 9 oyundur məğlub olmur. Almanların son qələbəsi 2012-ci ilə təsadüf edir. Ümumi üstünlük də 11 qələbə ilə “Kral klubu”nun tərəfindədir.

Lissabonda gərginlik: “Arsenal” böhrandan şıxa biləcəkmi?

Mikel Artetanın komandası son 5 oyunda cəmi 2 qələbə qazanıb. “Mançester Siti” və Çempionşip təmsilçisi “Sauthempton”a məğlubiyyətlərdən sonra iki daxili kubokla vidalaşan “Topçular”ın üzərində böyük təzyiq var. Onların bu matçda səhv etmək şansı yoxdur.

43 ildən sonra ilk dəfə ÇL-in 1/4 finalına vəsiqə qazanan Lissabon təmsilçisi əla formadadır (son 5 oyunda 3 qələbə, 1 heç-heçə). Baş məşqçi Ruy Borjesin komandası itirəcək heç nəyi olmadığı üçün tam sərbəst və təzyiqsiz oynayacaq. Lakin komandanın kapitanı Morten Hyulmandın cəzalı olması Ruy Borxes üçün ciddi itkidir.

Matçın əsas intriqası isə Viktor Qyökereşlə bağlıdır. Keçən il ÇL-in qrup mərhələsində “Sportinq”in heyətində “Arsenal”a 1:5 hesabı ilə uduzan Viktor Qyökeres, indi sabiq komandasına qarşı “Arsenal” forması ilə çıxış edəcək. Onun Lissabondan qalmaqallı ayrılışı matçın prinsipiallığını daha da artırır.

2022/23 mövsümündə “Sportinq” “Arsenal”ı Avropa Liqasının 1/4 finalında penaltilərlə turnirdən kənarlaşdırmışdı. Oyunçular arasındakı qol sevinci parodiyaları (Qonsalveşin Cakanı, Qabriel Maqalyaeşin isə Qyökeresi yamsılamağı) komandalar arasında gərginliyi qoruyub saxlayır.

23:00: “Real” (İspaniya) – “Bavariya” (Almaniya) CBC Sport

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00: “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) İctimai TV

Baş hakim: Daniel Zibert (Almaniya)

Paylaş:

Xəbər Lenti

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34