Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14
Digər növlər

Millinin və “Sabah” gənc istedadı Emmanuel Aqbason FIBA Gənclər Çempionlar Liqasında nümayiş etdiyi performansla Avropanı heyran qoyub. Turnirin ən parlaq simalarından birinə çevrilən basketbolçumuz yarışın “rəmzi beşliyi”nə düşüb.

Aqbason turnir boyu nümayiş etdiyi oyunla bir neçə əsas göstərici üzrə bütün rəqiblərini geridə qoyaraq liderliyə yüksəlib. Onun orta statistik göstəriciləri peşəkar səviyyədə yüksək qiymətləndirilir:

Effektivlik: 35.0 (Turnir birincisi)

Xal: 24.5 (Turnir birincisi)

Ribaund: 16.5 (Turnir birincisi)

Blok-şot: 4.5 (Turnir birincisi)

Turnirdə Emmanuel xüsusilə iki qarşılaşmada “double-double” performansları ilə yadda qalıb. Türkiyənin “Tofaş Bursa” klubu ilə oyunda (86:60) 26 xal və 23 ribaundla komandasına inamlı qələbə qazandıran basketbolçu, digər matçda daha böyük uğura imza atıb.

Almaniyanın “Porşe BBA Lyudviqsburq” komandasına qarşı keçirilən və “Sabah”ın 72:61 hesablı üstünlüyü ilə bitən görüşdə Aqbason 28 xal, 20 ribaund və 8 blok-şotla Gənclər Çempionlar Liqasının rekordunu müəyyənləşdirib.Xatırladaq ki, Azərbaycan basketbol tarixində ilk dəfə bu nüfuzlu yarışa qatılan “Sabah” klubu, 12 komandanın mübarizə apardığı turniri 7-ci pillədə başa vurub.

Paylaş:

Xəbər Lenti

Finalçılar bəlli oldu

13.04.26 | 19:11

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27