“Barselona” Çempionlar Liqasının ümumi mərhələsində Praqa “Slaviya”sına qarşı keçirdiyi oyundan sonra maliyyə sanksiyası ilə üzləşib. “Mundo Deportivo” nəşrinin məlumatına görə, UEFA “mavi-qumral”ları 30,5 min avro məbləğində cərimələyib.
Cərimə məbləğinin yarısı azarkeşlərin tribunada pirotexniki vasitələrdən istifadə etməsinə, digər yarısı isə komandanın meydana çıxışının gecikdirilməsinə görə kəsilib.
Xatırladaq ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının ümumi mərhələsini 16 xalla 5-ci pillədə başa vuraraq, birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb.