“Barselona”nın oyunçuları səfərlərdə olduqları müddətdə evlərinin təhlükəsizliyindən əmin ola bilmirlər. RAC1-in verdiyi məlumata görə, kataloniyalıların qapıçısı Joan Qarsiya və müdafiəçisi Pau Kubarsi soyğunçuluq qurbanı olublar. Polis cinayətlərin eyni şəxs və ya qrup tərəfindən törədildiyindən şübhələnir.
19 yaşlı Kubarsinin evi dekabrın 30-da, o, “Barselona”nın məşqində olarkən qarət edilib. Cinayətkarlar bahalı saatları oğurlayıblar. 24 yaşlı Joan isə yanvarın 10-da, İspaniya Superkuboku üçün Səudiyyə Ərəbistanında olduğu vaxt zərər çəkib. Onun evindən zinət əşyaları aparılıb. Hər iki oyunçuya dəyən təxmini ziyan 6 min avro civarındadır.
Təəssüf ki, “Barselona” futbolçuları yerli oğruların hədəfinə ilk dəfə deyil ki, çevrilirlər. Əvvəllər İvan Rakitiçin də bəxti gətirməmişdi, Pyer-Emerik Obameyanq isə bir ay ərzində iki dəfə qarət olunmuşdu; üstəlik, qabonlu futbolçunun ailəsi odlu silahla hədələnmişdi.