İspaniya Kubokunun 1/16 finalında “Estadio Pedro Escartín” stadionunda keçirilməli olan matçın başlanğıcı azarkeşlərin üzləşdiyi problemlər səbəbindən yubanıb. Təxminən 2000 azarkeş yerlərin nömrələnməməsi və müvəqqəti tribunadan istifadəyə icazə verilməməsi ucbatından stadiona daxil ola bilməyib.
Bu səbəbdən oyun təyin olunduğu vaxtdan 30 dəqiqə gec başlayıb. “Marca” qəzeti matçın arenanın girişlərində yaranan uzun növbələr nəticəsində ləngidiyini bildirib. “Mundo Deportivo” isə “Qvadalaxara” – “Barselona” qarşılaşmasındakı yubanmaya əsas səbəb kimi müvəqqəti tribunada yerlərin nömrələnməməsini və onun açılması üçün zəruri icazənin alınmamasını göstərib.
Oyuna gəlincə, “Barselona” Kristensen və Reşfordun qolları sayəsində 2:0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.