Avropa CEV kubokunda mübarizə aparan kişilərdən ibarət “Azərreyl” voleybolçuları növbəti oyununu keçirib. “Dəmiryolçular” 1/64 final mərhələsinin cavab oyununda səfərdə Niderlandın “Orion Stars”ı ilə qarşılaşıb. İlk oyunda olduğu kimi yenə “Azərreyl” meydanı məğlub tərk edib – 0:3 (14:25, 12:25, 19:25).
Xatırladaq ki, voleybolçularımız birinci oyunda niderlandlılara 1:3 (25:23, 18:25, 24:26, 26:28) hesabı ilə uduzmuşdur.