Azər Bağırov: “Zamanla hər kəs fərqli bir “Kəpəz” görəcək”

15.03.26 | 19:58
Ölkə futbolu

Premyer Liqanın XXIV turunda reallaşan “Qərb derbisi”ndə “Kəpəz” və “Turan-Tovuz” sülhə razılaşıb – 1:1. Gərgin keçən qarşılaşmadan sonra mətbuat konfransına qatılan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunun kritik anlarını şərh etməklə yanaşı, komandanın gələcək inkişaf kursu ilə bağlı iddialı bəyanatlar verib.

Təcrübəli mütəxəssis ilk növbədə komandanı tək qoymayan tərəfdarlara toxunub: “Bizi sona qədər dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımız meydanda yaxşı mübarizə apardılar. Müəyyən texniki problemlərimiz olsa da, hər matçda daha yaxşı çıxış etməyə çalışırıq. Öz oyunumuzu nümayiş etdirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, zamanla hər kəs tam fərqli bir “Kəpəz” görəcək”.

Qarşılaşmanın gedişatında buraxılan qolq aydınlıq gətirən Bağırov, fərdi səhvlərin nəticəyə təsir etdiyini bildirib: “Qol buraxdığımız epizodda topa sahib olduğumuz halda səhvə yol verdik. Rauf Hüseynli əlindən gələni etsə də, həmin məqamda ayağı sürüşdü və rəqib bundan istifadə etdi. Onu da etiraf etmək lazımdır ki, rəqib heyətində kifayət qədər təcrübəli oyunçular yer alıb”.Komandanın son vaxtlar nümayiş etdirdiyi performansı müsbət qiymətləndirən baş məşqçi, oyunun stabilləşdiyini vurğulayıb: “Son turlarda “Sumqayıt” və “Zirə” kimi rəqiblərə qarşı da kifayət qədər keyfiyyətli futbol oynamışıq. Hazırda komandada müəyyən bir sabitlik var və bu tempu qoruyub saxlamaq niyyətindəyik”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09