Azər Bağırov: “Kəpəz” üçün hər şey istədiyimiz kimi alındı” 

27.02.26 | 19:17
Ölkə futbolu

“Kəpəz”in baş məşqçisi Azər Bağırov, Premyer Liqanın 22-ci turunda “Sumqayıt” üzərində qazanılan böyük hesablı (3:0) qələbəni şərh edib. O, komandasının oyunundan razı qaldığını və bu uğurun kökündə duran səbəbləri açıqlayıb.Baş məşqçi ilk növbədə komandaya dəstək olan tərəfdarlara təşəkkürünü bildirib və qələbəni onlara həsr etdiklərini deyib: “Bu gün meydanda maraqlı oyun izlədik. Demək olar ki, hər şey istədiyimiz kimi alındı və rəqibin yaratdığı bütün təhlükələrin qarşısını vaxtında ala bildik”.Komandanın yüksək enerjisinin haradan qaynaqlandığı sualına cavab verən Bağırov, əvvəlki turdakı məğlubiyyətin oyunçuları daha da qətiyyətli etdiyini vurğulayıb: “Sabah”la matçın son dəqiqələrində buraxılan qol (0:1) komandada böyük bir motivasiya yükü yaratmışdı. Həmin məğlubiyyətdən sonra futbolçular bu oyunun əhəmiyyətini və məsuliyyətini daha dərindən hiss etdilər”.Görünən odur ki, Gəncə təmsilçisi ötən həftəki itkini bu qələbə ilə tam kompensasiya edə bilib.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58