Azər Bağırov: “Komandanı mən qurmamışam, məsuliyyət qapıçı məşqçisinin üzərinə düşür”

05.03.26 | 19:02
Ölkə futbolu

“Kəpəz”in baş məşqçisi Azər Bağırov ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Turan Tovuz”a məğlubiyyəti (0:2) şərh edib. Gəncə təmsilçisinin çalışdırıcısı komandadakı çatışmazlıqlar və gələcək taleyi ilə bağlı mühüm məqamlara toxunub.

Məşqçi xüsusilə standart vəziyyətlərdən buraxılan qolların onu məyus etdiyini vurğulayıb: “Məni ən çox üzən məqam standart vəziyyətlərdən sonra qapımızda qol görməyimizdir. Halbuki bu komponent üzərində uzun müddətdir işləyirik. Burada məsuliyyət daha çox qapıçı və qapıçılar üzrə məşqçinin üzərinə düşür”.

Bağırov komandanın hazırkı durumu və heyət qıtlığına da diqqət çəkib: “Bu komandanı mən yığmamışam. Hazırda çempionatda ən az legioneri olan klub bizik. Bəzi aparıcı oyunçuların gedişi bizim üçün böyük itki oldu. Buna baxmayaraq, futbolçular sona qədər mübarizə aparırlar. Qarşıda bizi çempionatda yenidən “Turan Tovuz”la oyun gözləyir. Həmin matçda daha yaxşı çıxış etməyə çalışacağıq”.

Baş məşqçi gələcəyi ilə bağlı sualları cavablandırarkən klubdakı statusunun hələ dəqiqləşmədiyini bildirib: “Klubla hələ ki, yeni müqaviləm yoxdur. Bu məsələyə may ayında aydınlıq gələcək. Ona görə də növbəti mövsümdə komandada qalıb-qalmayacağımı dəqiq bilmirəm”.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11