Cari mövsüm Avropa kuboklarında ölkəmizi təmsil edən kişilərdən ibarət “Azərreyl” voleybol komandası sabah mübarizəyə qoşulacaq. Çempionlar Liqasının təsnifat mərhələsinin birinci turunda komandamızın Serbiya “Radniçki”si ilə qarşılaşacaq. İlk oyun oktyabrın 23-də Bakıda keçiriləcək. Qarşılaşma saat 19:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında başlayacaq.