74 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Maqomed-Bəşir Xaniyev idman vətəndaşlığını dəyişmək qərarına gəlib. Gənc istedad bundan sonra Azərbaycanı deyil, Türkiyəni beynəlxalq arenada təmsil edəcək.
İdmançı bu qərarını “Instagram” hesabında paylaşaraq keçmiş komandasına və azarkeşlərinə təşəkkürünü bildirib: “İlk növbədə, Azərbaycan Respublikasına, Azərbaycan Güləş Federasiyasına, həmçinin məşqçilərimə və azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. Bu ildən etibarən Türkiyə millisinin şərəfini qoruyacağam. Mənə bu imkanı yaratdıqları üçün Türkiyə Güləş Federasiyasına, xüsusilə prezident Taha Akgülə təşəkkür edirəm. Qarşıda bizi böyük hədəflər və qələbələr gözləyir”.
Xaniyev ölkə yığmasındakı uğurları:
2022: Böyüklər arasında Azərbaycan çempionu;
2023: U-23 Avropa çempionatının qızıl medalçısı;
2023: U-23 dünya çempionatının bürünc mükafatçısı;
2024: U-23 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsi (qızıl medal).