Azərbaycan FİDE-yə uduzaraq dünya çempionluğunu əldən verdi

24.11.25 | 12:34
Digər növlər

İspaniyanın Linares şəhərində keçirilən şahmat üzrə qadınlardan ibarət  yığma komandaların Dünya Çempionatı başa çatıb. Millimiz finalda (Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva) FİDE bayrağı altında çıxış edən ruslarla qarşılaşıb. Təəssüf ki, şahmatçılarımız hər iki oyunda ruslara uduzub.  İlk oyunda komandamız 1:3 hesabı ilə yenilib. Məmmədova və Beydullayeva heç-heçə edib, Balacayeva və Fətəliyeva isə məğlub olub.

İkinci oyunda gülən tərəf yenə FİDE komandası olub – 1,5-2,5. Məmmədova, Fətəliyeva və Beydullayeva heç-heçə edib, Allahverdiyeva isə məğlub olub. Yeri gəlmişkən, Fətəliyeva turnir iştirakçıları arasında birinci lövhədə ən yaxşı nəticəni göstərib.

Xatırladaq ki, daha əvvəl yığmamız qrup oyunlarında Peru (3:1), Qazaxıstan (1.5:2.5), ABŞ (0.5:3.5), FİDE (1:3) və İspaniya (3.5:0.5) ilə qarşılaşıb, 1/4 finalda Gürcüstanı (2:2, 2.5:1.5), 1/2 finalda Qazaxıstanı (2:2, 2:2, 3:1) məğlub edib.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09